Ana səhifə
15 Oktyabr 2018

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz  bölgəsi çaylarında sululuq ongünlük normanın 140-150, Kiçik Qafqazın çaylarında 60-150, Lənkəran-Astara çaylarında 10-60, Naxçıvan MR çaylarında isə 100  faizini təşkil edir.

Bu barədə Ucnoqta.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir.

Tranzit çaylarda hazırki vəziyyət

Martın 16-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 19 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 233 m3/s olmaqla ongünlük normanın 87 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 270 m3/s olmaqla ongünlük normanın 101 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 99 m3/s olmaqla, ongünlük normanın 105 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 65 m3/s təşkil edərək ongünlük normanın 69  faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Martın 16-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4,  Şirvan və Salyanda 6, Bankə və Araz çayının Novruzlu məntəqəsində isə 2 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 351 sm (2017-ci il martın 16-da 403 sm), Şirvanda 215 sm (2017-ci il martın 16-da 247 sm), Salyanda 161 sm (2017-ci il martın 16-da 176 sm), Bankədə 177 sm (2017-ci il martın 16-da 183 sm), Araz çayının Novruzlu məntəqəsində isə 78 sm (2017-ci il martın 16-da 98 sm) təşkil edir. 

Tarix
16 Mart 2018 [19:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin