Hökumət parlamentdə hesabat verir

Bu gün Milli Məclsiin plenar iclasında Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyəti üzrə hesabatının dinlənilməsinə başlanılıb. Hesabatı baş nazir Artur Rasi-zadə təqdim edib.

Hesabata əsasən 2017-ci ildə yoxsulluq səviyyəsi 0,5 faiz bəndi azalaraq 5,4% təşkil edib.

2017-ci ildə muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2016-cı ilə nisbətən 5,7% artaraq 528,2 manata yüksəlib.

2017-ci ildə ölkə əhalisinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 8,3% artaraq 49 162,9 mln. manata çatıb. Əhalinin hər bir nəfərinə düşən gəlirlər 5 050,5 manat və yaxud ayda orta hesabla 420,9 manat təşkil edib.

Orta illik inflyasiya 2016-cı ildəki 12,4%-dən 2017-ci ildə 12,9%-ə yüksəlib.

2017-ci ildə ölkə rezidnetlərinin istehsal etdiyi ÜDM əvvəlki illə müqayisədə 0,1% artaraq 70 135,1 mln. manata çatıb. Əhalinin hər nəfərinə düşən ÜDM 7 205,0 manat yaxud da 4 186,3 dollar təşkil edib. Qeyri-neft ÜDM-də 2,7% artım əldə edilib.

2017-ci ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 16 777,5 mln. manat və ya əvvəlki illə müqayisədə 1,0% az vəsait yönəldilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 48,5%-ni əhatə edib.

Tədiyə balansının 2015-2016-cı illərdəki kəsiri 2017-ci ilin 9 ayında 1,4 mlrd. dollar həcmində profisitlə əvəzlənib. Tədiyə balansının profisiti ölkənin strateji valyuta ehtiyatlarının artmasına şərait yaradıb. Strateji ehtiyatlar ilin sonuna ilin əvvəli ilə müqayisədə 11%-dən çox artıb.

Tarix
16 Mart 2018 [12:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin