Ana səhifə
22 Aprel 2018

Böyükağa Hacıyev vəfat edib

Azərbaycanın tanınmış məşqçisi vəfat edib

“Neftçi” klubunun sabiq baş məşqçisi Böyükağa Hacıyev vəfat edib. Ucnoqta.az xəbər verir ki, Apasport.az saytının məlumatına görə, ağır xəstəlikdən əziyyət çəkən mütəxəssis bu gün dünyasını dəyişib. Fevralın 7-də infarkt keçirən və Mərkəzi Klinik Xəstəxanada ürəyindən əməliyyat olunan Hacıyevın durumu get-gedə pisləşirdi. “Ağ-qaralar”ı Avropa Liqasının qrup mərhələsinə çıxararaq, Azərbaycan futbolunda ilkə imza atmış mütəxəssis daha sonra “Medical Plaza”ya köçürülmüşdü.

Ürəyinin fəaliyyəti getdikcə zəifləyən və beynində şiş olan Böyükağa Hacıyev bu gün vəfat edib. Məlumatı təsdiqləyən oğlu Yusif Hacıyev atasının yarım saat əvvəl keçindiyini bildirib: "Atam xəstəxanada dünyasını dəyişdi. Keşlə qəbiristanlığında dəfn olunacaq. Yəqin ki, bu gün dəfn edəcəyik".

Tarix
16 Mart 2018 [12:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ