Ana səhifə
20 Oktyabr 2018

Bu ilin 2 ayında dövlət büdcəsi 140 mln. manatlıq profisitlə icra olunub

Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən 2018-ci ilin yanvar-fevral aylarında dövlət büdcəsinə 2 mlrd. 609,5 mln. manat vəsait daxil olub, büdcədən 2 mlrd. 469,6 mln. manat vəsait xərclənib.

Ucnoqta.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, büdcənin icrasında 139,9 mln. manatlıq profisit yaranıb.

Qeyd edək ki, 2018-ci ilin yanvar ayında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövr ilə müqayisədə 12% artaraq 1 mlrd. 393,1 mln. manata, xərcləri isə 5,6% artaraq 976,5 mln. manata çatıb. Büdcənin icrasında yaranmış 416,6 mln. manatlıq profisit ümumi daxili məhsulun 6,9 %-ni təşkil edib.

Tarix
16 Mart 2018 [19:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin