Nazir: “Heç bir ölkə BMT TŞ-nin qətnamələrinin icrasına yardım göstərməyib”

11:47 - 16 Mart 2018 - SİYASƏT

BMT TŞ-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsi var. Bu qətnamələrdə işğalçı qüvvələrin Azərbaycan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılması tələb olunur”.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.  Nazir bildirib ki, bunlarla yanaşı,  5783 saylı qətnamə də var.
“Bu, əlavə qətnamədir və orada işğalçı qüvvələrin çıxarılmasının cədvəli var. Bu qətnamələrin icrasına heç bir ölkə yardım göstərməyib. 24 ildir, vəziyyət olduğu kimi qalıb”, - deyə nazir əlavə edib.
E. Məmmədyarov qeyd edib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrlik edərkən, İƏT ilə BMT TŞ arasında əməkdaşlığın qurulması təşəbbüsünü irəli sürüb: “Bəzi üzv dövlətlər buna qarşı çıxdı. Regional təşkilatlarla mövqeyimizi gücləndirə bilərik. Mən Təhlükəsizlik Şurasının qlobal sülhün təminatında ali təşkilat kimi rolunu danmıram. Azərbaycan da bu qurumun qətnamələrinin yerinə yetirilməsinin tərəfdardır. Lakin böyük güclərin müdaxiləsi olmadan məsələlərin həlli qeyri mümkündür”. 

Xəbər xətti