Ana səhifə
14 Noyabr 2018

ADGTT-nın kollektivi Fəxri fərmanlarla mükafatlandırıldı

Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsi (MİHİRK) Dövlət Gənc Tamaşaçılar Teatrının bir qrup əməkdaşı ilə görüşüb.

Teatrın mətbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, görüşdə MİHİRK-nin sədri Cəmilə Səttarova, teatrın direktoru , Əməkdar artist Mübariz Həmidov iştirak edib. Görüş zamanı teatrdakı yaradıcı mühit, hazırlanan tamaşalar və yeni layihələr haqqında ətraflı müzakirələr aparılıb, teatrın fəaliyyətindəki yeniliklər diqqətə çatdırılıb. Sonda milli teatr sənətinin inkişafındakı xidmətlərinə, kollektivin ictimai həyatında fəal iştirakına görə və doğum günləri münasibətilə teatrın bir qrup əməkdaşı aktyorlar Əməkdar artistlər Nübar Novruzova, Vahid Əliyev, Bəxtiyar Kərimov, Ələsgər Qurbanəliyev, Rəzzaq Məmmədov, texniki işçilər Dürdanə Şükürova, İradə Mirişli, Esmira Mirzəyeva və Bəhmən Rzayev Fəxri fərmanlarla mükafatlandırılıblar.  

 

Tarix
16 Mart 2018 [18:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin