Ana səhifə
20 Oktyabr 2018

Masallıda dini ədəbiyyat satışı ilə bağlı reyd keçirilib

 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsi Masallı rayonu ərazisində yerləşən dini təyinatlı ədəbiyyatın, habelə mal və məmulatların satışı ilə məşğul olan bir neçə mağazada reyd keçirib.

Ucnoqta.az Komitəyə istinadən xəbər verir ki, monitorinqin keçirilməsində məqsəd dini təyinatlı ədəbiyyatın və məmulatların satışı ilə məşğul olan məntəqələrin fəaliyyətinin, həmin ədəbiyyatın istehsal və satışı, eləcə də onların nəzarət markası ilə markalanması ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunub-olunmamasının müəyyənləşdirilməsindən ibarət olub.

Masallı şəhərindəki “Köhnə bazar” adlanan ərazidə yerləşən ticarət obyektində Əzizli Pənah Taleh oğluna məxsus mağazada yoxlama zamanı satış üçün xüsusi razılığı olmayan 29 adda dini məzmunlu kitab aşkarlanaraq müsadirə edilib. Aşkarlanmış qanun pozuntusuna görə həmin mağaza sahibi barədə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək araşdırma üçün məhkəməyə göndərilib.

Tarix
16 Mart 2018 [10:33]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin