Ana səhifə
22 İyul 2018

Bakıda sərxoş qadın sürücü qəza törədib

Bakının Yasamal rayonu ərazisində yol qəzası baş verib. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, Tbilisi prospektinin keçmiş Nəqliyyat Nazirliyinin inzibati binasına yaxın hissəsində iki "Mercedes" markalı minik maşını toqquşub. Xəlilova Gülnar Oqtay qızı "99-LD-985" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobili idarə edən zaman sürət həddini aşıb və qəfil əyləcdən istifadə edərək yolun əks tərəfinə keçib. Nəticədə o, əks yolda hərəkətdə olan "99-DD-563" dövlət qeydiyyat nişanlı"Mercedes" markalı avtomobilə çırpılıb. Qəza zamanı hər iki avtomobil deformasiyaya uğrayıb. Əraziyə Yasamal Rayon Yol Polis Şöbəsinin əməkdaşları cəlb edilib. Xanım sürücü sərxoşluğun yoxlanılması məntəqəsinə aparılıb. Onun sərxoş olduğu aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.
Tarix
16 Mart 2018 [09:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin