Ana səhifə
19 Noyabr 2018

“Parlament” jurnalında Azərbaycanda qadın hüquqlarının vəziyyəti haqda məqalə dərc olunub

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-rə Dövlət Dəstəyi Şurasının xarici QHT-ər üçün qrant müsabiqəsi çərçivəsində maliyələşdirdiyi “Qadın Hüquqlarının Qorunmasına dair Beynəlxalq Liqa” təşkilatı tərəfindən Avropanın məşhur “Parlament” jurnalında Azərbaycanda qadın hüquqlarının vəziyyəti haqda məqalə dərc olunub. Avropa Parlamentinin əsas mətbu orqanlarından hesab edilən “Parlament” jurnalında dərc edilən məqalənin sərlövhəsi “Avropanın yaxın qonşularında qadın hüquqlarının təkamülü: Azərbaycan təcrübəsi” adlanır. Məqalədə Azərbaycanın Avropa Yaxın Qonşuluq Siyasətində iştirak edən yeganə müsəlman dövləti kimi qadın hüquqlarının müdafiəsi və gender bərabərliyi sahəsində əhəmiyyətli təşəbbüslər irəli sürən və son illərdə ciddi nəticələr əldə edən ölkə olduğu vurğulanır. Məqalədə qadınların ölkəmizin sosial-iqtisadi və siyasi həyatında aktiv iştirakı üçün yaradılan şərait, qadınların rəhbər vəzifələrə irəli çəkilməsi, yerli və respublika əhəmiyətli seçkilərdə fəal iştirakları, erkən nikaha qarşı mübarizə çərçivəsində qanunvericilik aktlarına edilən dəyişikliklər, məişət zorakılığının aradan qaldırılması üçün yaradılan sığınacaqlar, məlumatlandırma və xəbərdarlıq kampaniyaları, qadın hüquqlarının müdafiəsi ilə bağlı QHT-lər tərəfindən irəli sürülən layihələrə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyə dəstəyi verilməsi, Avropa və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edilməsi kimi məsələlər Azərbaycanın uğuru kimi qeyd edilib. Məqalədə həmçinin həmmüəlliflərin Avropa Birliyi institutları, beynəlxalq qurumlara tövsiyələri də əksini tapıb: “Avropa Birliyi başa düşməlidir ki, qadın hüquqlarının müdafiəsi Avropanın yaxın qonşularının ərazisində sekulyarlığın və demokratiyanın inkişafı, dini ekstremizmlə mübarizə sahəsində böyük gücdür. Avropanın yaxın qonşuluğunda yeganə müsəlman ölkəsi olan Azərbaycanın nəzərəçarpan səyləri Avropa Birliyi tərəfindən bəyənilməli və dəstəklənməlidir. Bu ölkənin qadın hüquqlarının müdafiəsi istiqamətində əldə etdiyi uğurlar model kimi istifadə olunmalıdır”.

Xatırladaq ki, məqalənin müəlliflərindən olan Anne-Marie Lizin “Qadın Hüquqlarının Qorunmasına dair Beynəlxalq Liqa”nın kordinatorudur. Belçika Senatının fəxri prezidenti, 1979-1988-ci illərdə Avropa Parlamentinin üzvü olub. Digər həmmüəlliflər Belçikalı ekspert Reine Marcelis qadın və kişi bərabərliyi sahəsi üzrə tanınmış QHT sədri, Fransalı ekspert Patricia Lalonde isə Ərəb Ölkələrində Qadın Hüquqlarının müdafiəsi təşkilatının rəhbəridir.

 

 

Emin

Tarix
9 Oktyabr 2014 [16:12]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin