Ana səhifə
10 Dekabr 2018

Bakı Beynəlxalq Avtovağzal Kompleksi iş qrafikində dəyişiklik edib

Avtovağzal Novruz bayramında gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Bakı Beynəlxalq Avtovağzal Kompleksi qarşıdan gələn Novruz bayramı ilə əlaqədar iş qrafikində dəyişiklik edib. Ucnoqta.az xəbər verir ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, martın 15-dən 27-dək Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bayram ərəfəsində yarana biləcək sərnişin sıxlığının qarşısını almaq və kompleksin ahəngdar işləməsini təmin etmək məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Qeyd edək ki, hazırda gün ərzində 300-340 nəqliyyat vasitəsilə təxminən 7-8 min sərnişin yola salınırsa, bayram ərəfəsində 600-dən yuxarı reyslə 16 mindən çox sərnişin daşınması nəzərdə tutulur.

Bayram günləri regionlara səfər edəcək sərnişinlərə biletləri bir neçə gün öncədən almaq tövsiyə olunur. Biletləri Avtovağzalın kassalarından və ya onlayn qaydada 10 gün öncədən əldə etmək olar.

Tarix
16 Mart 2018 [00:19]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin