Tənhalar üçün kreslo

23:04 - 15 Mart 2018 - MARAQLI

Qiyməti təqribən 420 dollar olan kreslo əlil arabasında olanlara da uyğunlaşdırıla bilər

Tokioda "Unicare" şirkəti tənha ahıl insanlar üçün yaradılmış kreslosu ilə məşhurdu. Kreslonun söykənəcəyi uzun əlləri olan gülən kukla şəklində hazırlanıb. İstehsalçılar iddia edirlər ki, kreslo heç kəslə qucaqlaşa bilməyən tənha insanlara təsəlli verə bilər. Çünki tənha insanlar həmişə qayğıya, xoş rəftara ehtiyac hiss edirlər. Bu çatışmazlığı isə şirkət bu yolla aradan qaldırmaq qərarına gəlib. Qiyməti təqribən 420 dollar olan kreslo əlil arabasında olanlara da uyğunlaşdırıla bilər.

 

Xəbər xətti