Nazir: "Biz cənubdan qərbə yeni nəqliyyat dəhlizi təklif edirik"

13:31 - 15 Mart 2018 - SİYASƏT

“Biz cənubdan qərbə yeni nəqliyyat dəhlizi təklif edirik. Siyasi mövqeyimizi Xarici İşlər Nazirliyi səviyyəsində açıqladıq”. 

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
“Bu dəhlizi bu gün təqdim etdik. Konkret fəaliyyət planı üzərində çalışacağıq ki, konkret layihələr təqdim edək”, - deyə o vurğulayıb.

Xəbər xətti