Bizi itlər çox sevir, yoxsa pişiklər?

19:51 - 15 Mart 2018 - MARAQLI

“The Daily Telegraph” qəzeti əbədi və əzəli sualla müraciət edib: İnsanı it çox sevir, yoxsa pişik?

Əslində qəzet bir neyroalimin tədqiqatlarının nəticələrindən yazıb. Bu alimin təcrübələri BBC 2 telekanalının sənədli filmində nümayiş etdirilib.
Qəzet yazır ki, itsevərlərlə pişiksevərlər arasında gedən mübahisə birmək bilmir. Bu bir növ elə itlə pişiyin münasibətlərinə bənzəyir. BBC-nin sənədli filmi “Pişiklər itlərə qarşı” adlanırdı. Bu sənədli filmdə heyvan ekspertləri Chris Packham və Liz Bonnin canlılardan hansılarının insana daha çox bağlı olduğunu araşdırırdılar. Bir çox mədəniyyətlərdə “itin insanın dostu” olduğu mütləq həqiqət kimi qəbul edilib və bu, hardasa belədir.Çünki itlərin “məhəbbət hormonu” sayılan oksitosin maddəsini buraxması elmə çoxdan məlum idi. Beləliklə, bu hormonla bağlı sınaq pişiklərin üzərində ilk dəfə olaraq keçirilirdi.

 

Xəbər xətti