Ana səhifə
10 Dekabr 2018

Azərbaycan Beynəlxalq Enerji Xartiyasına qoşulur

Azərbaycan Beynəlxalq Enerji Xartiyasına (Haaqa II sənədinə) qoşulmaq haqqında məktub təqdim edib.

Məktubu energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən "Enerji səmərəliliyi haqqında" qanun layihəsi üzrə yüksək səviyyəli dəyirmi masada Enerji Xartiyasının baş katibi Urban Rusnaka təqdim edib.
"Azərbaycanla Avropa Enerji Xartiyası arasında Xartiyaya qoşulmaqla bağlı 1994-cü ildə saziş imzalanıb. Bu saziş 1998-ci ildə qüvvəyə minib. 2015-ci il mayın 21-də Haaqa şəhərində Avropa Enerji Xartiyası Beynəlxalq Enerji Xartiyasi statusunu alıb. Beynəlxalq Enerji Xartiyası ilə bir sıra məsələlərdə yaxından əməkdaşlıq etmək istəyirik.Bu gün də Azərbaycanın Beynəlxalq Enerji Xartiyasına qoşulması haqqında məktubu təqdim etdik", - deyə o, qeyd edib. Bununla Azərbaycan Beynəlxalq Enerji Xartiyasının 87-ci üzvü olur.

Nazir enerji səmərəliliyi haqqında qanun layihəsindən danışaraq bildirib ki, Avropa İttifaqının 2016-cı ildə yaradılmış yeni "EU4Energy" proqramı çərçivəsində Beynəlxalq Enerji Xartiyası tərəfindən "enerji resurslarından səmərəli istifadə və enerji effektliyi haqqında" Azərbaycan Respublikasının qanun layihəsinin hazırlanması prosesi yekunlaşıb. Onun sözlərinə görə, nazirlərarası işçi qrupunun müzakirəsinə çıxarılan qanun layihəsi beynəlxalq standartlar, xarici təcrübə nəzərə alınmaqla hazırlanıb: "Yeni qanun layihəsi enerjinin istehsalı, ötürülməsi, paylanması, satışı və istehlakında səmərəliliyi təmin etməklə "kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi"ndə əksini tapmış hədəflərə çatmağa dəstək olacaq".
 

Enerji Xartiyasının Baş katibi Azərbaycanın xartiyaya qoşulmasını yüksək qiymətləndirib.

Tarix
15 Mart 2018 [19:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin