Ana səhifə
21 Sentyabr 2018

İranın xarici işlər naziri Azərbaycana səfərə gəlib

Zərif bu gün Bakıda keçiriləcək Azərbaycan, İran, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin dördtərəfli görüşündə iştirak edəcək

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfərə gəlib. Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, Zərif bu gün Bakıda keçiriləcək Azərbaycan, İran, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin dördtərəfli görüşündə iştirak edəcək.

Bu gün Bakıda Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşü keçiriləcək.

Qeyd edək ki, 2017-ci il sentyabrın 6-da Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin altıncı üçtərəfli görüşü, dekabrın 20-də isə Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçirilib.

Tarix
15 Mart 2018 [11:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin