Dabo ötən mövsümün nəticəsini yaxşılaşdırdı

16:39 - 14 Mart 2018 - İDMAN

Topaz Premyer Liqasının bombardiri Baqali Doba bu mövsüm vurduğu qolların sayını 12-ə çatdırıb.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, çempionatın 20-ci turunda “Keşlə” ilə səfər oyununda (1:1) fərqlənən "Qəbələ"nin hücumçusu ötən mövsümün bombardirlərini geridə qoyub.
 

Ötən mövsüm “Keşlə”nin sabiq hücumçusu Rauf Əliyev və “Qabələ”nin xorvatiyalı yarımmüdafiəçisi Filip Ozobiç 11 qolla şərikli bombardir olmuşdu.

 
Bu mövsüm Dabonu Amil Yunanov ("Sumqayıt" və Mahir Mədətov ("Qarabağ") izləyir. Hər iki futbolçunun aktivində 8 qol var.

Xəbər xətti