Qarayev Otto Hauser ilə görüşdü - Fotolar

16:21 - 14 Mart 2018 - Mədəniyyət

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauserin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, nazir qonaqları salamlayaraq Almaniya - Azərbaycan arasında turist mübadiləsindən, turislərin sayının artırılmasının vacibliyindən söz açıb.  Nazir qeyd edib ki, ölkəmizə turistlərin cəlb olunması, turizm potensialının təbliği məqsədilə 2014-ci ildən nazirliyin Almaniyada turizm nümayəndəliyi fəaliyyət göstərib. O, Almaniyanın turizm bazarının ölkəmiz üçün Avropada prioritet istiqamətlərdən biri olduğunu və bu məqsədlə Berlində keçirilən “İTB Berlin” sərgisində ölkəmizin hər il iştirak etdiyini, 2013-cü ildə sərginin rəsmi tərəfdaşı olduğunu bildirib. 
 

O deyib  ki, sərginin təşkilat komitəsi ilə mütəmadi danışıqlar aparılır və gələcəkdə ölkəmizin turizm potensialının təbliği məqsədilə bir neçə layihənin həyata keçirilməsi də planlaşdırılır. 
 

Fəxri konsul Otto Hauser isə bildirib ki, Azərbaycanın turizm potensialının təbliği məqsədilə ölkəmizin Almaniyada keçirilən sərgilərdə iştirakı mühüm rol oynayır. 


Xəbər xətti