Bakıda mal-qara daşıyan avtomobili aşıb - FOTO

16:04 - 14 Mart 2018 - HADİSƏ

Bakıda yük avtomobili aşıb.
 
"Ucnoqta.az" APA-ya istinadən bildirir ki, hadisə Bakı Dairəvi Yolunda qeydə alınıb. İribuynuzlu mal-qara daşıyan “Mercedes” markalı yük maşını idarəetməni itirərək aşıb. Nəticədə yük maşınında olan mal-qara yola dağılıb.
 
İlkin məlumata görə, qəzaya yük avtomobilinin dönmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub.


Xəbər xətti