Ana səhifə
18 İyun 2018

Qalmaqallı “Orfoqrafiya lüğəti” mayda nəşr olunacaq

Xəbər verdiyimiz kimi bir müddət əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti  yeni orfoqrafiya lüğətinin yaradılması ilə bağlı Orfoqrafiya komissiyası yaratmışdı.

Orfoqrafiya komissiyasına akademiyanın dilçi və digər humanitar sahəni təmsil edən əlaqəli akademikləri daxildir. Bundan başqa, Orfoqrafiya  komissiyasının ölkə  miqyaslı əhəmiyyəti nəzərə alınaraq, quruma Təhsil Nazirliyinin, Mədəniyyət və Turizm  Nazirliyinin, Reklam Agentliyinin, Tərcümə Mərkəzinin və Terminalogiya komissiyasının təmsilçiləri də daxil edilib.
 

"Ucnoqta.az" xəbər verir ki, Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, Nəsimi adına Dilçilik İnstitutu Terminologiya şöbəsinin müdiri Sayalı Sadıqova Modern.az-a açıqlamasında deyib ki, Azərbaycan dilində qarşılığı müəyyənləşdirilmiş bəzi sözlərin siyahısı artıq mütəxəssislərin ixtiyarına verilib.

“Hazırda müzakirələr aparırıq. Yeni “Orfoqrafiya lüğəti” nəşr edəcəyik və həmin lüğətdə həmin sözlərin qarşılığı göstəriləcək. Sadəcə olaraq bəzi sözlər öncə ümumxalq müzakirəsinə çıxarıldı. İndi isə mütəxəssislərin ixtiyarına verilib. Yeni sözlərin qarşılığı müəyyənləşdiriləcək. Hələ ki müzakirələr gedir”.
Sayalı Sadıqova “Orfoqrafiya lüğəti”nin nə vaxt nəşr olunacağını da bildirib.

“Bizdə 9 bölmə var ki, orada müxtəlif sahələr mövcuddur. Hər sahənin öz mütəxəssisi var. Həmin bölmələrdə həmin sözlər müzakirə olunur. Sonda isə onların hamısı bir yerə toplanıb lüğət kimi nəşr olunacaq.  Güman ki, həmin “Orfoqrafiya lüğəti” mayda nəşr olunmağa başlayacaq”.

Tarix
14 Mart 2018 [15:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin