Qanunsuz ov etmək istəyən Qətər vətəndaşı saxlanıldı

14:39 - 14 Mart 2018 - HADİSƏ

13 mart  saat 14:30 radələrində Ağgöl Milli Parkının 4 nömrəli mühafizə postunun ərazisinə qanunsuz daxil olan 49-BF-118 dövlət qeydiyyat nömrə nişanlı “Niva” markalı minik avtomobili Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb.
 
"Ucnoqta.az" xəbər verir ki, bu haqda Modern.az-a nazirlikdən məlumat verilib.
 
Avtomobilə keçirilən baxış zamanı avtomobildə qızılquş tutmaq üçün tor, ev göyərçini, quşların yerini müəyyən etmək məqsədilə xüsusi cihazlar  aşkar edilib.
 
Araşdırma zamanı qanunsuz olaraq ova cəhd edən şəxsin Qətər vətəndaşı Saif Mubarak Al-Hajri olduğu məlum olub.
 
Faktla bağlı qanun pozucusu barəsində akt və protokol tərtib olunubvə ona inzibati qaydada 2000 manat məbləğində cərimə tətbiq edilib.
 
Ölkə ərazisində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.

Xəbər xətti