Ana səhifə
25 Sentyabr 2018

“Şükür Allaha Alim müəllimin səsində problem yoxdu”

Son günlər mətbuatda xalq artisti Alim Qasımovun səs tellərində problem olduğu deyilir.

 

 

Bu barədə “Üç nöqtə”yə danışan Fərqanə Qasımova dedi ki, Alim müəllimin səs tellərində problem yoxdu: “Şükür Allaha Allim müəllimin səsində problem yoxdu. Səs elə bir şeydi ki, gərək həmişə müalicə edəsən, qoruyasan. Üç-dörd aydan bir səs tellərini yoxlatdırmaq lazımdı. Həkimin yanında o qədər adam görürəm ki…Ekologiya da səsə təsir edir. Hər şey normaldı. Alim müəllim arada soyuqlamışdı. İndi Allaha şükür yaxşıdı. Qorxulu bir şey yoxdu”.

Xanəndə yeni səfərlərindən də danışdı: “Meksikada, Amerikada, Vyanada və Bakıda konsertlərimiz oldu. Bakıda konserimiz  noyabrın 14-də Beynəlxalq Muğam Mərkəzində baş tutdu. Şükür hər şey yaxşıdır. Yenə səfərlərə hazırlaşırıq. İki-üç günə İrana gedirik. Orada orkestrlə işləyəcəyik. Orkestr acaq nəfəs alətlərindən ibarətdir. Biz orada milli mahnılarımızı ifa edəcəyik. Onlara mahnılarımızı göndərmişik, bir hissəsini hazırlayıblar. Dekanrın sonunda isə Tehranda konsert proqramı ilə çıxış edəcəyik. Gələn il də inşallah səfərlərimiz olacaq. Fevralda Belçikada, martda isə Avropa ölkələrində konsertlərimiz baş tutacaq. Sentyabrda isə Amerika səfəri olacaq”.

 

Rəqsanə

Tarix
2 Dekabr 2014 [16:37]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin