Ana səhifə
17 Dekabr 2018

"Leylanın hər şeydən xəbəri var idi" "Şıxlinskaya"nın keçmiş direktoru

"Leyla Şıxlinskaya" klinikasının böyük məbləğdə mənimsəmədə ittiham olunan işçiləri - keçmiş baş mühasibi Şəhla Abbasova, Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsüyeva, Nigar Rzaquliyeva və Yelena Abdullayevanın cinayət işi üzrə məhkəmə davam edib.
 
"Ucnoqta.az" Lent.az-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Əfqan Hacıyev sədrliyi ilə keçirilən prosesdə şahid Yeganə Şahnazərova deyib ki, klinikada iki dəfə müalicə alıb: "Qohumlarım pul ödəyib, məbləği bilmirəm". 
 
Yelena Smirnova bildirib ki, klinikada növbətçi həkim işləyir: "Ayda bir dəfə mühasibatlıqdan pulumuzu alırdıq. Növbətçi qaldığım hər gecə üçün 50 manat, bayram günləri 70 manat alırdım. Maaşım da növbətçi qaldığım günlərə görə hesablanırdı".
 
Sevda Əlizadə deyib ki, klinikada 8 il baş həkimin müavini və sonra isə 2 il direktor vəzifəsində işləyib: "Məni direktor  təyin edəndə Leyla Şıxlinskaya qarşıma şərt qoydu ki, maliyyə işlərinə qarışmayım. Mən yalnız əməliyyatlara nəzarət edirdim. Direktor təyin olunanda maaşı kartla almışam. Bütün işçilər də maaşların kartla verildiyini bilirdi, çünki klinikada bankomat quraşdırılmışdı. Maaşın bir hissəsini kartla, qalanını əlbəəl almışam. Dəqiq bilmirəm, amma yəqin, vergiyə görə belə idi. Leyla Şıxlinskayanın hər şeydən xəbəri var idi. Maliyyə işlərinə özü nəzarət edirdi".
 
Proses  aprelin 6-da davam edəcək.
 
 
Qeyd edək ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 179 (mənimsəmə) maddələri ilə ittiham verilib.
Keçmiş işçiləri klinikanın rəhbəri Leyla Şıxlinskayanın hüquq-mühafizə orqanlarına dörd il əvvəlki
 şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunublar. Xalq artisti onları klinikanın kassasından 700 min manatlıq mənimsəmədə günahlandırır.
Bu iş üzrə istintaqı əvvəlcə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, daha sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi aparıb.

Tarix
14 Mart 2018 [13:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin