Zakir Həsənov Yel çərşənbəsini hərbçilərlə birgə qeyd etdi — FOTO / VİDEO

13:01 - 14 Mart 2018 - SİYASƏT

General-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Yel çərşənbəsini təlimlərdə iştirak edən hərbi qulluqçularla birgə keçirib.

"Ucnoqta.az" Müdafiə Nazirliyindən "Ölkə.Az"a verilən xəbərə istinadən bildirir ki,  milli-mənəvi dəyərlərimizin qədim ənənələrindən olan Novruz bayramı ərəfəsində şəxsi heyətlə görüşən Müdafiə naziri bayram şənliyində iştirak edib, tonqal ətrafında toplaşan əsgər və zabitlərlə söhbət edib.
 

Görüşdə döyüş hazırlığının, sosial-məişət şəraitinin, mənəvi-psixoloji vəziyyətin və döyüş ruhunun yüksək olduğunu xüsusi qeyd edən hərbi qulluqçular ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi məqsədilə Ali Baş Komandanın döyüş əmrinə hazır olduqlarını bildirblər.

 


Xəbər xətti