Azərbaycan-Türkiyə-İran-Gürcüstan XİN başçılarının görüşünün proqramı açıqlandı

12:32 - 14 Mart 2018 - SİYASƏT

Sabah Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidzenin iştirakı ilə Azərbaycan-Türkiyə-İran-Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşü keçiriləcək.

"Ucnoqta.az" "Ölkə.Az"-a istinadən xəbər verir ki,  görüşdə ikitərəfli və üçtərəfli əsasda olan əməkdaşlığı tamamlayaraq dördtərəfli əsasda region ölkələri arasında regional sülh, sabitlik və təhlükəsizliyin gücləndirilməsi, iqtisadi, nəqliyyat, enerji, turizm, mədəniyyət və digər qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunacaqdır.

 

2017-ci ilin 6 sentyabr tarixində Bakı şəhərində Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin altıncı üçtərəfli görüşü, 20 dekabr tarixində isə Azərbaycan-İran-Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçirilib.

Xəbər xətti