ABŞ rəsmi Bakının notasına cavab verdi

12:12 - 14 Mart 2018 - SİYASƏT

ABŞ-ın Azərbaycandakı Səfirliyi rəsmi Bakının notasına cavab verib.

"Ucnoqta.az"-ın xəbərinə görə, Səfirlikdən "Ölkə.Az"a daxil olan məlumatda deyilir ki, ABŞ-ın Dağlıq Qarabağa aid mövqeyi dəyişməyib.
 

Daha sonra məlumatda qeyd olunur:
 

"Nə ABŞ, nə də digər ölkələr, o cümlədən Ermənistan da de-fakto Dağlıq Qarabağ rejimini tanımır. Birləşmiş Ştatlar ATƏT-in Minsk Qrupunun həmsədrlərinin prosesini dəstəkləyir və münaqişənin Helsinki Yekun Aktının – güc tətbiq etməmək, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratını təyin etmə prinsiplərinə əsaslanan danışıqlar yolu ilə həll olunması  istiqamətində fəaliyyətini davam etdirəcəkdir. 
Yekun Aktı prinsipləri - gücdən istifadə olunmaması, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratını təyinetmə prinsiplərinə əsaslanan danışıqlar yolu ilə həll olunması üçün səylərini davam etdirəcək".
 

Xatırladaq ki, özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "prezidenti" kimi təqdim edən Bako Saakyanın ABŞ-a səfəri və Konqresin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi ilə əlaqədar ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta dünən XİN-nə çağırılıb, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ABŞ Dövlət Departamentinə ünvanlandığı etiraz notası ona təqdim edilib. Həmçinin, Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Dövlət Departamentində görüş keçirərək Azərbaycanın etirazını ABŞ tərəfinə çatdırıb.

Xəbər xətti