İngiltərənin Rusiyaya verdiyi vaxt baş çatdı

11:15 - 14 Mart 2018 - DÜNYA

Dünən gecəyarısı ingilis hökuməti keçmiş casus Sergey Skripal və qızı Yuliyanın Salisbury şəhərindəki Rusiya istehsalı sinir qazı ilə zəhərləndikləri ilə əlaqədar suallara cavab vermək üçün Moskvaya verdiyi vaxt sona çatıb. 
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Moskvadan verilən müddət ərzində cavab gəlməyib. İngiltərə baş naziri Tereza Meyin Rusiyaya qarşı hansı addımlar atacağı isə məlum deyil.
 

Xatırladaq ki, baş nazir Moskvadan heç bir cavab gəlmədiyi halda geniş tədbirlərin görüləcəyini, hücumun arxasında isə Rusiyanın olduğu ehtimal olunacağını demişdi.

Xəbər xətti