Ana səhifə
19 Noyabr 2018

Seçkiləri izləmək üçün Azərbaycan Avropa Parlamentinə müraciət etməyib

Bəzi media qurumlarında Avropa Parlamentinin Azərbaycanda keçiriləcək prezident seçkilərində müşahidəçi qismində iştirak etməyəcəyi ilə əlaqəli məlumatlar yayılıb.

Məlumatda bildirilir ki, guya, bu barədə Avropa Parlamentinin demokratiyaya dəstək və seçki koordinasiya qrupunun həmsədrləri Makallister və Makavan bəyanat yayıb.
 

Yayılan məlumatlara əsasən, Avropa parlamentinin seçkilərdə iştirak etməyəcəyi ilə əlaqədar qurum nə prosesi, nə də onun nəticələrini şərh edəcək.
 

"Ucnoqta.az" xəbər verir ki, bununla bağlı Ölkə.Az” Azərbaycanın Avronest Parlament Assambleyasdakı (PA) nümayəndə heyətinin rəhbəri,  Milli Məclisin  Gənclər və idman komitəsinin sədri Fuad Muradovla əlaqə saxlayıb. O bildirib ki,  qeyd edilən məlumatların  heç bir əsası yoxdur:

 

“İlk növbədə bu günə qədər Azərbaycan tərəfinin müraciət etdiyi beynəlxalq təşkilatların hər biri ölkəmizdə keçirilən istənilən seçkilərdə iştirak ediblər.  Lakin Azərbaycan növbədənkənar prezident seçkiləri ilə bağlı Avropa Parlamentinə müraciət etməyib.
 

Buna görə də məlumat yayanlar yanlışlığa yol verirlər.  Əgər  məsələni dəqiqləşdirmək istəyirlərsə, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinə  müraciət edə bilərlər. O zaman səhvə yol verdiklərini bir daha anlayacaqlar”.

Xatırladaq ki, Azərbaycanda keçiriləcək prezident seçkilərinə müşahidəçilər qismində ATƏT, Avropa Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlar iştirak edəcəklər.

Azərbaycanda prezident seçkilərin aprelin 11-nə təyin olunub.

Tarix
14 Mart 2018 [10:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin