Ana səhifə
25 Sentyabr 2018

Dünyanın ən inkişaf etmiş şəhərinin adı açıqlanıb

"Juniper Research" konsaltinq şirkəti "Intel" ilə birgə apardığı araşdırmanın nəticəsi olaraq dünyanın ən inkişaf etmiş 20 şəhərinin adını açıqlayıb.

"Ucnoqta.az" "Report"a istinadən xəbər verir ki, ilk yeri Sinqapur şəhəri tutub.

Reytinqi tərtib edənlərin əsas götürdüyü dörd parametrin (mobillik, sağlamlıq, təhlükəsizlik və məhsuldarlıq) hamısında Sinqapur üstün olub. Araşdırmada deyilir ki, Asiya meqapolisinin sakinləri inkişaf etmiş nəqliyyat sistemi sayəsində ildə 60 saat vaxta qənaət edə bilirlər, videomüşahidə şəbəkəsi isə hüquq-mühafizə orqanlarına cinayətkarlıqla mübarizədə yardım edir.

Ən inkişaf etmiş şəhərlərin "top-5"liyinə həmçinin London, Nyu-York, San-Fransisko və Çikaqo da daxil edilib.

Tarix
14 Mart 2018 [01:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin