Ana səhifə
23 Oktyabr 2018

MSK sədri ATƏT PA nümayəndə heyəti ilə görüşüb

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Azərbaycanda səfərdə olan ATƏT Parlament Assambleyasının nümayəndə heyəti ilə görüşüb.
 
"Ucnoqta.az" Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata istinadən bildirir ki, M. Pənahov prezident seçkiləri ərəfəsində keçirilən görüşdən məmnunluğunu ifadə edib və MSK-nın nüfuzlu beynəlxalq təşkilatlar və onların müxtəlif qurumları ilə qarşılıqlı faydalı əməkdaşlığına hər zaman xüsusi əhəmiyyət verdiyini bildirib.
 
O qeyd edib ki, beynəlxalq təcrübənin öyrənilməsi seçki praktikasının daha da təkmilləşməsində mühüm əhəmiyyət kəsb edir.
 
ATƏT Parlament Assambleyasının üzvü və koordinatoru, Portuqaliyadan olan millət vəkili xanım Nilza de Sena isə Azərbaycan Respublikasının seçki sistemi, seçki komissiyalarının fəaliyyət prinsipləri və seçkilərə hazırlıqla bağlı görülmüş işlərlə maraqlanıb. Qonaqların suallarını cavablandıran MSK sədri seçkilərin yüksək səviyyədə hazırlanması, azad, ədalətli və şəffaf keçirilməsi üçün görülmüş işlərdən ətraflı danışıb və həyata keçirilmiş genişmiqyaslı layihələri nümayəndə heyətinin diqqətinə çatdırıb.
 
Görüş çərçivəsində həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Tarix
13 Mart 2018 [16:29]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin