“Pul yığanın atasına lənət” -Yeni icra başçısından sərt Açıqlama

15:43 - 13 Mart 2018 - Müsahibə

Artıq 5 gündür ki, Göyçay rayon sakinləri imza toplamağa başlayıblar. Göyçay rayon sakinlər icra başçısı Mehdi Səlimzadə və onun qohumlarının özbaşınalıqlarından, qanunsuz əməllərindən şikayətçidirlər.

 

Ucnoqta.az Bizim Yol-a istinadən xəbər verir ki, sakinlərin bildirdiyinə görə artıq 5 gündür həmin şikayət ərizəsinə 3000-dən çox rayon sakini imza edib.Həmin ərizə sabah Bakı şəhərindən poçt vasitəsi ilə Prezident İlham Əliyevə göndəriləcək.Şikayət ərizəsində icra başçısı Mehdi Səlimzadənin və qohumlarının rayon sakinlərinə qarşı etdikləri özbaşınalıqlar əks olunub.

Sakinlər saytımıza bildirib ki icra başçısı rayon ərazisində olan bazarı bağlatdırıb əvəzində özünə yeni bazar tikdirib.Bundan əlavə sakinlər bildirib ki icra başçısı həmin tikilən yeni bazarı da rayon idarə müassisə rəhbərlərindən yığılan pulla tikdirir və ərazisini abadlaşdırıb asvalt çəkdirib.

 

“Nəticədə rayon idarə müəssisə rəhbərləri də yığılan pulları camahatın maaşından tutur.Azərbaycanın bütün rayonlarında ümümmilli lider Heydər Əliyevin adını daşıyan istirahət parkı olsada Göyçay kimi böyük rayonda belə bir park yoxdur.Mehdi Səlimzadə rayon mərkəzində belə bir parkın yaradılmasına səy göstərməsədə öz şəxsi biznesini genişləndirmək məqsədi ilə idarə-müəssisə rəhbərlərindən pul toplamaq kampaniyasına start verib.Təkcə Göyçay rayon Xəstəxanasının baş həkimindən, Təhsil Şöbəsinin müdirindən və Maliyyə İdarəsinin rəhbərində hər birindən 30.000 manat pul tələb edib.Bu pulu isə rayonda yeni açılmış və genişləndirilmə işləri hazırda davam etdirilən “Təzə Bazar”-ın asfaltlandılıması üçün yığılır.:-deyə rayon sakinləri bildirib. Onlar Prezident İlham Əliyevə müraciət edərək məsələ ilə bağlı tədbir görülməsini xahiş edib.

 

Saytımıza müraciət edən şəxslər bunlardır.

Babayeva Dursun Ramiz qızı              

Əliyeva Dilşad Faiq qızı

Sadıqov Camal Kamil oğlu

 İsmayılov Novruz Sabir oğlu

Həsənova Nüşabə Allahverdi qızı

Məmmədov Zeynal Cavanşir oğlu

Qasımov Azər Soltan oğlu

Xəlilov Orxan Ərəstun oğlu

 

Sayta edilən müraciətlər və şikayətlə bağlı Bizim Yol Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehti Səlimzadə ilə əlaqə saxlayıb.O saytımıza açıqlamasında müraciət edən adamların göyçay sakinləri olmadığını, yazılanların yalan oluğunu bildirib.

 

“Həmin adı çəkilən köhnə bazarın yeri avtobaza olub. Burda mən gələndəç avtobuslar köhnəç bərbad vəziyyətdə idi. Mən Bakıdan Türkiyə istehsalı olan təzə avtobuslar gətirmişəmç vermişəm sürücülərə. Həmin avtobazanı burda bir nəfər özəlləşdirib. Bu məndən əvvəl olub. Həmin özəlləşdirilən yerin bir hissəsində də bazar yaradıblar. Elə bazar ki, antisanitar vəziyyət, nə şərait var, nə sanitat qovşaq var, nə də insanların normal işləməsi üçün yer. Mən neçə dəfə həmin sahibkara-Arif Əliyevə xəbərdarlıq etdim ki, o bazarı düzəlt, şərait yarat. Vəziyyət çox pisdir. Neçə dəfə özüm də getmişəm, rəsmilərlə yerində də göstəriş vermişəm. Amma bu adam məni eşitmədi və öz bildiyini elədi. Sonradan yoxlama gəldi, antiisanitar vəziyyət olduğu üçün, standartlara cavab vermədiyi üçün bazar bağlandı.Camahat da mənə bildirdi ki, bazar bağlanıb. Nəsə etmək lazımdı. Mən də rayonda ərazisi olan sahibkara tapşırdım, müasir standartlara cavab verən, ən yüksək şəraitlə bazar tikib təhvil veriblər. İndi insanlar orda fəaliyyət göstərəcək. Sadəcə bu məlumat qərəzli insanların sifarişidi.

 

Yoxlatdırmışam şikayət yazanlar Göyçay sakinləri deyil.Yazıblar ki, mən pul almışam. Pul alanın atasına lənət. Mən pul alıb obyekt tikdirsəydim, neçə illər bütün bələdiyyələr tabeliyimdə olub, tikdirərdim. Mən burda yaxşı şəraitdə nəsə olmasını istəyirəm. Bazarı da müvafiq qurumlar bağlayıb, mən yox. Mən bütün Göyçaylılarla dostam, onlarla gəzirəm, nərd oynayıram. Həmin köhnə bazarın yiyəsi bir neçə adamın mülkünü dağıdıb, heç bir konpensasiya da verməyib. İçində jurnalist olanlar da var. Belə olmaz axı.Kim istəyir gəlsin, buyursun baxsın burda hansı işlər görülüb.Elə antisanitar bərbad vəziyyətdə olan yerlərin Göyçayda fəaliyyət göstərməsinə imkan verə bilmərik.Bu rayona yaraşmır. Kim istəyir, müasir, gözəl standartlara uyğun, qaydalar çərçivəsində tikinti edə, fəaliyyət göstərə bilər.”

 

 

Xəbər xətti