Ramil Şeydayev “Trabzonspor”a dönəcək

13:50 - 13 Mart 2018 - İDMAN

Azərbaycan millisinin hücumçusu və icarə əsasında "Qarabağ"da oynayan Ramil Şeydayev yayda müqavilə ilə məxsus olduğu “Trabzonspor”a geri dönəcək.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, 21 yaşlı hücumçu yayda “Trabzonspor”un məşqlərinə qoşulacaq. Trabzon klubunun baş məşqçi Rza Çalımbay gənc forvardla bağlı qərar verəcək.

 
“Trabzonspor” FIFA-dan transfer cəzası aldığı üçün yayda heyətini gücləndirə bilməyəcək. Qaradəniz təmsilçisi buna səbəbdən icarəyə verdiyi futbolçuları sınayacaq.

 
Mövsümün əvvəlində “Qarabağ”a icarəyə verilən Şeydayev 11 oyuna qol vurmayıb.

Xəbər xətti