Ana səhifə
25 Sentyabr 2018

MTN polkovnikinə bəraət istənildi — Məhkəmə

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə baş tutan prosesdə Füzulu Əliyevin vəkili İlyas Kərimov müdafiə nitqi ilə çıxış edib.
 

O, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı irəli sürülən ittihamların əsassız olduğunu deyərək, ona bəraət verilməsini istəyib.

Proses davam edir. 

Qeyd edək ki, prokuror Sübahir Qurbanovun 16 il, Teymur Quliyevin 16 il, general Natəvan Mirvətovanın 12 il, Füzuli Əliyevin 15 il , Zaur Məmmədovun 13 , Natiq Alıyevin 14, Fərhad Atayevin 7il, Anar Şirəliyevin 7 il, Eşqin Əliyevin 7 il və Elşad Əzizovun 8 il il müddətinə azadlıqdan məhrum olunmasını tələb edib.
 

Prokuror zamində olan Natəvan Mirvətovanın da həbs edilməsini istəyib. Həmçinin təqsirləndirilən generalların rütbədən məhrum edilməsi barədə ölkə prezdentinə təqdimat göndərilməsi təklif edilib. Digər vəzifəli şəxslərinin rütbədən məhrum olunması təklifi də çıxışda yer alıb.
 

Prokuror təqsirləndirilən şəxslərin əmlaklarının müsadirəsi və zərərçəkmişlərin mülki iddiaları ilə bağlı qanunun tələblərinə uyğun qərar çıxarılmasını, həmçinin Dövlət Təhlükəsizlik Xidmətinin 1 milyon manatlıq mülki iddiasının təmin olunmasını tələb edib.

Tarix
13 Mart 2018 [12:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin