“Bu göstərici 17 milyona qalxacaq” - Məmmədyarovdan nikbin AÇIQLAMA

11:52 - 13 Mart 2018 - SİYASƏT

“Yeni İpək Yolu təşəbbüsü olduqca önəmlidir. Birbaşa okeana çıxışı olmayan Azərbaycan da bu layihə, bu təşəbbüs vasitəsilə Avropa və dünya bazarlarına çıxış əldə edir. Xarici İşlər Nazirliyi İpək Yolunun dəstəklənməsi qrupunun yaradılmasını lap başlanğıcdan dəstəkləyib. Azərbaycan bu qrupa artıq 22 ölkənin qoşulmasına görə məmnundur”.

"Ucnoqta.az" Modern.az-a istinadən xəbər verir ki, bunu bunu ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun "İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu" mövzusunda beynəlxalq konfransda xarici işlər naziri Elmar Məmmədyarov deyib. 
 

Onun sözlərinə görə, Azərbaycan son illərdə qeyri-neft sektorunun inkişafında xeyli irəliləyiş, uğur əldə edib. Nazir qeyd edib ki, Azərbaycan ənənəvi olaraq müxtəlif enerji layihələri ilə Avropanın enerji təhlükəsizliyinin təmin olmasında xüsusi rol oynayır. 
 

“Artıq 2020-ci ildə Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı Avropa bazarlarına çatacaq. Lakin biz son illlərdə müxtəlif, başqa sahələrə də diqqət ayırmağa başladıq. Bunlardan biri də nəqliyyat sektorudur. Biz Ələt limanı və onun ətrafında Azad İqtisadi Zonanı yaratmaqla Azərbaycanın yeni regional ticarət-nəqliyyat mərkəzinə çevrilməsi üçün işlər görürük. Azərbaycan nəqliyyat sahəsinə böyük yatırımlar edir, logistika mərkəzləri yaradır. Avropa İttifaqı və Çin arasında ticarət dövriyyəsi 500 milyard dollardır. Bu cür layihərin yaradılması isə bu istiqamətdə rəqabəti artır. Bakı -Tbilisi-Qars dəmiryolu 6-7 milyon ton yükdaşıma qabiliyyəti daşıma iqtidarındadır. Bu göstərici 17 milyona qədər artacaq. Bu yol ilə həmçinin bir milyon sərnişinin daşınması gözlənilir. Biz bu göstəricini 3 milyon nəfərə çatdırmaq niyyətindəyik. Bakı-Tbilisi-Qars Avropa və Asiya dəmiyolları şəbəkələrinin birləşdirilməsi baxımından olduqca böyük əhəmiyyətə malikdi”.

Xəbər xətti