Ana səhifə
23 İyun 2018

Türkiyə klubunun Azərbaycan millisinə dəvət olunan futbolçusu zədələnib

 Azərbaycan milli komandasına dəvət alan Türkiyənin I Liqa klubu “Samsunspor”un futbolçusu Ufuk Budak zədələnib.

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, 28 yaşlı sol cinah müdafiəçisinin XXVII turda səfərdə “Qaziantepspor”a 1:2 hesabı ilə uduzduqları görüşün 66-cı dəqiqəsində qasıq nahiyyəsində problem yaranıb. “Samsunspor”un həkimi Mehmet Özden bildirib ki, Budakın martın 18-də “Boluspor”la ev qarşılaşmasında meydana çıxıb-çıxmayacağı aparılacaq müayinələrdən sonra bəlli olacaq. Futbolçunun zədəsi ciddi olacağı halda, onun Azərbaycan yığmasının mart toplanışına qatılması da sual altına düşəcək.

Qurban Qurbanovun rəhbərlik etdiyi milli martın 23-də Belarus, 4 gün sonra isə Makedoniya yığmaları ilə yoldaşlıq oyunları keçirəcək.

Qeyd edək ki, Ufuk Budak Robert Prosineçkinin Azərbaycan yığmasına rəhbərlik etdiyi 3 il ərzində yalnız bir oyunda forma geyinib. O, uzun müddətdir milliyə çağırılmır. Üstəlik, sol cinah müdafiəçisi Türkiyə Futbol Federasiyasında Türkiyə vətəndaşı kimi qeydiyyatdan keçib. Bu amil də onun yığmanın düşərgəsinə qoşulmaq ehtimalını azaldır.

Tarix
13 Mart 2018 [23:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin