Ana səhifə
25 İyun 2018

"Bayıl sürüşmə zonasının bəzi sakinləri yardım istəmir" Eldar Əzizov

 "Bayıl sürüşmə zonasında evləri təhlükəli vəziyyətdə olan sakinlər köçürüləcək".

"Ucnoqta.az" “Report”a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bayıl sürüşmə zonasının sakinləri ilə görüşündə deyib.

O deyib ki, ərazidə yaşayan bəzi sakinlər yardım istəmir. İcra başçısının sözlərinə görə, kirayə haqqı ailənin tərkibinə görə verilir: "Digər ölkələrdə evlərin sənədləri qaydasında deyilsə heç bir kömək edilmir. Amma burada fərq qoymuruq. 98 evdən cəmi birində sənəd var".

E.Əzizov qeyd edib ki, Maliyyə Nazirliyi və Nazirlər Kabineti qrup yaradıb: "6 ev üçün kompensasiyanın məbləği yaxın günlərdə açıqlanacaq".
Xatırladaq ki, Nazirlər Kabineti Bayıl sürüşmə zonasında evi olan sakinlərin kirayə mənzillərə köçürülməsi ilə bağlı sərəncam verib. Sərəncamla, 98 ailənin (ailə tərkibinə uyğun olaraq) müvəqqəti kirayə evlərdə yerləşdirilməsi üçün vəsait ayrılıb. Sakinlərin yaxın günlərdə kirayə mənzillərə köçürüləcəyi gözlənilir.

Tarix
13 Mart 2018 [11:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin