Çində mətbuata nəzarət üzrə yeni dövlət qurumu yaradılır

21:35 - 13 Mart 2018 - DÜNYA

 Çində mətbuata nəzarət edəcək yeni hökumət qurumu – Radio və Televiziya İşləri üzrə Dövlət Baş İdarəsi yaradılacaq. 

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, bu, Çinin Dövlət Şurasının yaydığı qanun layihəsində əksini tapıb. 

Yeni idarə birbaşa Çinin ali icraedici orqanına tabe olacaq. Çap, nəşriyyat, radioyayımı, kinomatoqrafiya və tevelvizya işləri üzrə mövcud Dövlət Baş İdarəsi isə ləğv ediləcək.

Yaradılacaq idarənin Çin televiziyalarına xarici teleradioa proqramlarının təsiri prosesini asanlaşdıracaq, eləcə də Çinin media məhsullarının xarici bazarlara uğurlu çıxışına şərait yaradacaq. 

Xəbər xətti