Ana səhifə
16 Avqust 2018

Gəncədə “Atalar və qızlar” festivalı keçirilib

11 mart tarixində Gəncə şəhərində “Atalar və qızlar” festivalı baş tutub. Festival Niderland Krallığının Azərbaycandakı Səfirliyinin və Avropa İttifaqının maliyyə dəstəyi ilə, BMT-nin Əhali Fondu, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilib. 


"Ucnoqta.az" xəbər verir ki, 8 mart Beynəxalq qadınlar günü münasibəti ilə keçirilən festivalın əsas məqsədi müxtəlif fəaliyyətlərin təşkil olunması ilə yanaşı ata və qız övladı arasında emosional və mənəvi əlaqələrin artırılması, ata və qız övladlarının birgə vaxt keçirilmələrinə mühitin yaradılmasıdır.


Layihənin koordinatoru Leyla İsrəfilova: “Bildirmək istərdimki Atatalar və Qızlar festivalı Bakı şəhərində keçirildikdən sonra ikinci böyük şəhərimiz olan Gəncədə keçirildi. Bu tədbirin cəmiyyətimiz üçün çox vacib olduğun qeyd etmək istərdim. Beləki 1 günlük olsada ataların öz qız övladları ilə birlikdə belə bir tədbirdə yaxından iştirak etməsi və qızları ilə səmərəli zaman keçirməsi onların övladları üçün həm əvəzedilməz bir sevinc, həm də cəmiyyətimizdə qız övladlarına qarşı olan ayrı-seçkiliyin qaşısını almaq üçün çox əhəmiyyətli bir mesajdır. Mən burdan bütün atalarımıza səslənirəmki gəlin qız övladlarımıza xüsusi diqqət və qayğı ilə yanaşaq və onları gələcəyin maarifli qadını, anası kimi yetişmələrində daim dəstək olaq”.
BMT ictimaiyyətlə əlaqələr üzrə katibi Fərhad Hacıyev: “Bu günki tədbirimizin cəmiyyətimiz üçün önəmi olduqca çoxdur. Ailələrdə və icmalarda qız övladlarına olan münasibət təəssüflər olsunki bir mənalı deyil. Qız uşaqlarının ailələrdə arzu olunan olmaları üçün və oğlan uşaqlarına verilən üstünlüyü aradan qaldırmaq üçün atalar və qızların münasibətlərinin dolğun və stereotiplərdən azad olmaları mütləqdir”.


1 gün ərzində bir birindən maraqlı musiqili proqram, yarışlar, müxtəlif uşaq oyunları və şoular keçirilib. Festivalın iştirakçısı atalar qızları ilə birlikdə pazl yarışı, rəsm yarışması və saç hörmə yarışmasında iştirak ediblər və qaliblərə hədiyyələr təqdim olunub. Gəncə şəhər sakini Həbibov Elgün qeyd edib ki, “Bu gün tədbirə qızımla əylənməyə gəlmişəm. Düşünürəmki, belə tədbirlərin keçirilməsi ata ilə qız arasında bağlılıq yaradır. Festivalda ən çox xoşuma gələn sual cavab oyunları idi, çünki qızımın maraqlı cavabları məni heyrətləndirdi”. Festival zamanı kloun, sehirbaz və kukla teatrın əməkdaşlarının çıxışlarını sakinlər tərəfindən maraqla izlənilib. Gəncə şəhər sakini Elçin İbrahimov bildirib ki, “Cəmiyyətimizdə qız övdladlarına diqqətin artırılması üçün belə tədbirlərin təşkil olunması önəmlidir. Ümumiyyətlə qız övladlarına diqqətimizi artırmalıyıq və öhtəlik ən çox ailə başçısı olaraq ataların üzərinə düşür”. Həmçinin festival müddətində mövzü ilə bağlı viktorinalar və müsabiqələr keçirilib. 


Xatırladaq ki, “Atalar və qızlar” festivalı artıq ikinci dəfə keçirilir. Bundan öncə festival Bakı şəhərində 11 oktyabr 2017-ci il tarixində Beynəlxalq Qızlar günü ərəfəsində keçirilib. Festival Niderland Krallığının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə, BMT-nin Əhali Fondu, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər Təşkilatları Milli Şurası ilə birgə “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsi çərçivəsində baş tutub. Gün ərzində davam edən festivalda musiqili proqram, Dj Şou, yarışlar, müsabiqələr və viktorinalar keçirilib. Müsabiqə və yarışlarda iştirak edən atalar və qızlara təşkilatçılar tərəfindən hədiyyələr təqdim olunub. Festivalda həmçinin “Səssiz film” və “Xəbəri uşaqdan al” oyunları baş tutub. Festival müddətində iştirakçılar kloun və sehirbaz şouların izləmək şansı əldə ediblər və qızlar üçün xüsusi olaraq “Face art” və karikatura çəkilişləri təşkil olunub. 

 

Tarix
13 Mart 2018 [10:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin