"Gürcüstan NATO-ya üzv olmağa layiqdir" Marqvelaşvili

20:06 - 13 Mart 2018 - DÜNYA

Gürcüstanın NATO-ya daxil olması alyansın və ümumilikdə Avropanın sabitliyini möhkəmləndirə bilər.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bunu Gürcüstan Prezidenti Georgi Marqvelaşvili bəyan edib.
 

Dövlət başçısı Brüsselə səfəri zamanı "Azadlıq Radiosu"na müsahibəsində bildirib: "Biz alyansa daxil olmaq istəyirik, buna layiqik və bunun üçün hər şeyi edirik".
 

G.Marqvelaşvili qeyd edib ki, Gürcüstandan asılı olan bir çox amillər, o cümlədən, ticarət əlaqələri, Qərblə Şərqi birləşdirən əsas ticarət marşrutları, Qara dəniz regionunun sabitliyi məsələsi var: "Bu Avropa və Avroatlantik amillərdir və Gürcüstanın daxil edilməsi çox vacibdir".
 

Qeyd edək ki, Gürcüstan Prezidenti Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə də görüş keçirib.

Xəbər xətti