Gürcüstan parlamentinin üzvü Bakıya səfər edəcək

16:35 - 12 Mart 2018 - SİYASƏT

Gürcüstan parlamentinin üzvü Arçil Talakvadze Azərbaycana rəsmi səfər edəcək.


"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, Talakvadzenin səfəri 13-14 mart tarixlərinə planlaşdırılıb. 
 

Gürcü parlamentari Bakıda keçiriləck ATƏT PA-nın İpək Yoluna Dəstək adlı ilk beynəlxalq sessiyasında iştirak edəcək. 
 

Tədbirdə ATƏT PA-nın üzvləri iqtisadiyyat, nəqliyyat və loqistika infrastrukturu sahələri üzrə əməkdaşlığın inkişafında parlamentlərin rolunu müzakirə edəcəklər.
 

Qeyd edək ki, Arçil Talakvadze Gürcüstan parlamentində çoxluq lideridir.

Xəbər xətti