“Qarabağ” tarixinin 2-ci nəticəsini təkrarlayıb

“Qarabağ” ardıcıl 7 oyundu evdə qol buraxmır.

"Ucnoqta.az"-ın Apasport.az-a istinadən məlumatına görə, Qurban Qurbanovun yetirmələri sonuncu dəfə 2017-ci il sentyabrın 22-də “Sumqayıt”la qarşılaşmada (4:1) qonaqların qol vurmasına şahid olublar.
 
Həmin görüşdən sonra 169 gündü qapısını toxunulmaz saxlayan meydan sahibləri “Zirə” ilə iki matçda (0:0, 2:0), həmçinin “Səbail” (1:0), “Sumqayıt” (2:0), “Neftçi” (1:0), “Qəbələ” (0:0) və “Kəpəz”lə (1:0) qarşılaşmalarda doğma azarkeşləri önündə qol buraxmayıblar. Bəxtiyar Həsənalızadənin VI turun oyununun 8-ci dəqiqəsindən sonra başlayan quru seriya “Zirə” ilə XIX turun görüşündə 712 dəqiqəyə çatıb.
 
Evdə 7 matçda qol buraxmayan “Qarabağ” tarixinin 2-ci nəticəsini təkrarlayıb. Bu, ağdamlıların 1995-ci ildə imza atdığı seriyanın təkrarı olsa da, 2 il əvvəlki rekorda çatmaq üçün daha 3 görüşdə qol buraxmamalıdı.
 
Qeyd edək ki, “Qarabağ” məğlubiyyətsiz seriyalarını da uzadıb. Ağdam klubu evdə 15, ümumilikdə 11 görüşdü uduzmur.

Tarix
12 Mart 2018 [16:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin