Ana səhifə
19 İyun 2018

"Gürcü mətbəxi" kafesindəki davaya görə saxlanılan şəxsə 7 İL HƏBS

Adam bıçaqlamaqda ittiham edilən 1979-cu il təvəllüdlü Şabanov Pərviz Ziyafət oğlunun cinayət işi üzrə məhkəməsi başa çatıb.
 
"Ucnoqta.az"-ın Lent.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Pərviz Şabanovun vəkili çıxış edərək bildirib ki, müdafiə etdiyi şəxs mübahisə etdiyi şəxslər tərəfindən döyülüb, ailə üzvləri təhqir olunub.
 
Müdafiəçi qeyd edib ki, hadisə "Gürcü mətbəxi" kafesində baş verib.
 
Onun sözlərinə görə kafedən polisə zəng edilib və bəzi müştərilər tərəfindən xuliqanlıq hərəkətləri edildiyi deyilib: " Zərərçəkmiş şəxslər Tural Məmmədov və Kənan Qədirov müdafiə etdiyim şəxsin dostlarıdır. Dostun dosta xəsarət yetirməsi ağlabatan deyil. Mübahisə ediblər, daim bir yerdə olan insanlardır. Pərvizin özü də xəsarət alıb. Amma istintaq müdafiə etdiyim şəxsə qarşı qərəzli olub. Ona bəraət verilməlidir".
 
Pərviz Şabanov da məhkəmədə son söz deyib.
 
O bildirib ki, döyülüb və təhqir edilib: "Ailə üzvlərimi təhqir etdilər, məni döydülər. Özümü müdafiə üçün dava etdim. Vurulmamaq üçün vurdum. Məhkəmədən ədalətli qərar verməsini xahiş edirəm".
 
Hakimlər kollegiyasının hökmünə  əsasən, P.Şabanov 7 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, P.Şabanov Cinayət Məcəlləsinin 126 (qəsdən sağlamlığa ağır zərər vurma), 221 (xuliqanlıq) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham edilib.

Tarix
12 Mart 2018 [16:03]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin