Türk ordusu Afrində daha 4 kəndi terrorçulardan azad etdi

15:50 - 12 Mart 2018 - DÜNYA

Türk Silahlı Qüvvələrinin Suriyanın Afrin vilayətində həyata keçirdiyi “Zeytin Dalı” əməliyyatı davam edir.

"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, əməliyyat çərçivəsində Kibar, Zındıkan, Kile və Gümüşburç kəndləri azad edilib.
 

Əməliyyat çərçivəsində bu günə qədər 3347 terrorçu məhv edilib.
 

Türk ordusu qızğın döyüşlərdən sonra Afrinin Candaris şəhərində nəzarəti ələ keçirib. Şəhər regionun ən iri şəhərlərindən biridir. Geri çəkilən terrorçulara isə PUA-larla hücum edilib.
 

Qeyd edək ki, Candaris şəhəri Afrindən 20 km cənub-qərbdə yerləşir və əməliyyatın əsas hədəflərindən biri idi.

Xəbər xətti