Daxili Qoşunlara yeni qərargah rəisi təyin edilib.
"Ucnoqta.az"-ın APA-ya istinadən məlumatına görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən Tofiq Vaqif oğlu Hüseynov Daxili İşlər Nazirliyinin Daxili Qoşunları komandanının 1-ci müavini - Qərargah rəisi təyin edilib.
Qeyd edək ki, ölkə başçısı bir neçə gün əvvəl T. Hüseynova general-mayor ali hərbi rütbəsi verilməsi haqqında da sərəncam imzalayıb.
Tarix
12 Mart 2018 [15:34]
|
Müəllif
Üç nöqtə
|
Ən son xəbərləri səhifəmizdən də izləyin