Təlimlər çərçivəsində qoşunların yerdəyişməsi həyata keçirilir

15:10 - 12 Mart 2018 - SİYASƏT

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında keçirilən genişmiqyaslı təlimlərin planına uyğun olaraq təlimlərdə iştirak edən şəxsi heyət, zirehli texnika, aviasiya vasitələri, raket və artilleriya qurğuları, təminat bölmələri və digər hissələrin yerdəyişməsi həyata keçirilir.


"Ucnoqta.az" Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Ölkə.Az"a verilən məlumata istinadən bildirir ki, qoşunlar planlı şəkildə müəyyən edilmiş marşrutlar üzrə hərəkət edərək daimi dislokasiya yerlərindən təlimlərin keçirildiyi bölgələrdəki cəmləşmə rayonlarına toplanır.

Xəbər xətti