SON DƏQİQƏ! Nepalda sərnişin təyyarəsi qəzaya uğradı

13:47 - 12 Mart 2018 - DÜNYA

Nepalın paytaxtı Katmandunun beynəlxalq hava limanının yaxınlığında sərnişin təyyarəsi qəzaya uğrayıb.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, Banqladeşin “US-Bangla” özəl aviaşirkətinə məxsus təyyarə eniş zamanı uçuş-eniş zolağına düşə bilməyib. Təyyarə aeroport yaxınlığındakı futbol meydançasına düşüb.
 

Qəzadan sonra təyyarədə yanğın başlayıb.
 

Hadisə nəticəsində həlak olanların olduğu bildirilsə də, bu barədə rəsmi məlumat verilməyib.


Xəbər xətti