Gürcüstanın baş naziri Azərbaycana rəsmi səfərə gəlib

12:07 - 12 Mart 2018 - SİYASƏT

 Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Azərbaycana rəsmi səfərə gəlib.

"Ucnoqta.az" "Report"a istinadən xəbər verir ki, səfər çərçivəsində onun Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçirilməsi planlaşdırılır.

Azərbaycan Respublikası Nazirlər Kabinetində Giorgi Kvirikaşvili azərbaycanlı həmkarı Artur Rasizadə ilə görüşəcək, daha sonra iki ölkənin hökumət üzvlərinin iştirakı ilə geniş tərkibdə görüş keçiriləcək.

Baş nazirin başçılıq etdiyi Gürcüstan nümayəndə heyətinə baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı nkişaf naziri Dmitri Kumsişvili, baş nazir müavini, xarici işlər naziri Mixeil Canelidze, maliyyə naziri Mamuka Baxtadze, palament sədrinin müavini, Azərbaycan ilə parlament dostluq qrupunun sədri Zviad Dzidziquri və baş nazirin xarici əlaqələr üzrə müşaviri Tedo Caparidze daxildir.

Xəbər xətti