"Zeytun budağı"nda məhv edilən terrorçuların sayı 3347-yə çatdı

11:53 - 12 Mart 2018 - DÜNYA

Suriyanın Afrin bölgəsində aparılan "Zeytun budağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 3347-yə çatıb.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, təkcə ötən gün ərzində Afrində 56 terrorçu məhv edilib.

 

Əməliyyat çərçivəsində indiyədək 185 yaşayış məntəqəsi terrorçulardan azad olunub.
 

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Xəbər xətti