Ana səhifə
21 İyun 2018

Azərbaycana Qazaxıstandan idxal edilən taxılın miqdarı artacaq

Azərbaycana Qazaxıstandan idxal edilən taxılın illik həcmi 1 milyon tona çata bilər.

"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, bu barədə ötən il Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyanın iclasında razılaşma əldə edilib.
 

Bu barədə məlumatı isə Bakı Taxıl Terminalının İdarə heyətinin sədr müavini Erjan Baymuhametov verib.
 

Baymuhametovun sözlərinə əsasən, iki ölkənin birgə layihəsi olan terminal beynəlxalq  nəqliyyat layihələrinin iştirakçısı olacaq.
 

“12 ildir ki, bu terminal vasitəsilə Azərbaycana taxıl göndərilir. Artıq yeni bazarlara məhsul çıxarmaq şansı şaranıb. Bu ilin planında olan əsas məsələlərdən biri Şimal-Cənub nəqliyyat dəhlizinin imkanlarından istifadə etmək, Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Qazaxıstan taxılını Türkiyə və Yaxın Şərq bazarlarına çıxarmaqdır”, - deyə Erjan Baymuhametov əlavə edib.
 

Qeyd edək ki, Azərbaycanın taxıla olan illik tələbatı 3.-3.5 milyon tondur.

Tarix
13 Mart 2018 [00:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin