Ana səhifə
19 İyun 2018

Nazir Salyanda vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən  15 mart 2018-ci il tarixdə Salyan şəhərində, Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.

"Ucnoqta.az" Lent.az-a istinadən xəbər verir ki, qəbulda yalnız Salyan, Neftçala, Biləsuvar rayonlarının və Şirvan şəhərinin sakinləri, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
 
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
 
Qəbula gələn vətəndaşların qeydiyyatı Salyan şəhərində, Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin binasında 14 mart 2018-ci il tarixdə saat 09.00-da başlayacaq.
 
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
 
Əlaqə:
 
tel: +994 (12) 512-01-14
 
e-mail: [email protected]

Tarix
12 Mart 2018 [10:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin