Şimal bölgəsinə qar yağır

10:27 - 12 Mart 2018 - ÖLKƏ İÇİ

Martın 12-si gecə saatlarından Azərbaycanın şimal rayonlarında qar yağmağa başlayıb.
 
"Ucnoqta.az" APA-ya istinbadən bildirir ki, Quba və Qusarı dağlıq ərazilərində qarın hündürlüyü 2-7 santimetrə çatır. Ən çox yağıntı Qubanın Qırız kəndində qeydə alınıb. Temperatur - 6 dərəcəyədək düşüb.
 
Qusarın rayon mərkəzində qarın hündürlüyü 2 santimetrdir.
 
Hazırda qar Quba, Qusar və Xaçmaz rayonları ərazisinə yağmaqda davam edir.


Xəbər xətti